Artıq beş ildir ki, Amore restoranı peşəkar kollektivi ilə sizin xidmətinizdədir. Dənizin sahilində yerləşən Amore dördmərtəbəli binadan və həyətyanı sahədən ibarətdir. Binanın daxilində özəl günlərinizi qeyd etməyiniz üçün 15-20, 200-250, 250-300 nəfərlik zal fəaliyyət göstərir. Həyətyanı ərazidə isə 100-130 nəfərlik iki banket zalı və besetkalar qonaqlarımızın xidmətindədir.
İllərin təcrübəsinə yiyələnmiş, işinin peşəkarı olan aşpazlarımız sizə milli mətbəximizin inciləri ilə yanaşı, Avropa mətbəxinin də ən ləziz təamlarını təklif edir.
Yüksək keyfiyyətli xidmətdən zövq almaq, uzun müddət yaddaşınızda qalacaq xoş anlar yaşamaq üçün yolunuzu Amoredən salın!